11 İyul 2016 15:57
401

"Air İndia aviaşirkətinə məxsus London-Mumbay marşrutu üzrə reys həyata keçirən təyyarə ötən gün gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib".

Bunu teleqraf.com-a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib: "Göyərtəsində 206 sərnişin olan təyyarə texniki səbəblərə görə saat 22 radələrində Bakı aeroportuna məcburi eniş edib".

O, Air İndia-nın sərnişinləri Mumbaya çatdırmaq üçün Bakıya digər təyyarə göndərdiyini, həmin təyyarənin yerli vaxtla saat 14:37-də bütün sərnişinlərlə birlikdə Bakıdan havaya qalxdığını deyib.


Müəllif: