15 İyul 2016 14:01
232

“Dağlıq Qarabağ münaqişəsi sülh və diplomatiya vasitəsilə həll edilməlidir. Təhrikedici, atəşkəsi pozmağa yönəlik addımların faydası olmadığını aprel ayında gördük”.


Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında təmas xəttində Ermənistan tərəfindən törədilən təxribatlarla bağlı suala cavabında deyib. O qeyd edib ki, Ermənistan bu cür təhriklərdən çəkinməlidir:

“Türkiyə münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcək. Rusiya ilə münasibətlərin normallaşması bu məsələyə mütləq öz faydasını verəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrova da dediyim kimi, bundan sonrakı prosesdə Türkiyə bu cür təşəbbüsləri dəstəkləyəcək. Minsk Qrupunun tərkibində Türkiyə də var. Minsk Qrupunun həmsədrləri bazar ertəsi Azərbaycana gələcəklər. Onlarla da görüşəcəyik və Azərbaycanın qəbul edəcəyi formulları dəstəkləməyə davam edəcəyik. Artıq Rusiya ilə münasibətlər olduğu üçün bu məsələni həm prezidentlər səviyyəsində, həm də xarici işlər nazirləri səviyyəsində Rusiya ilə müzakirə etməyə davam edəcəyik”. ("APA")

***

"Azərbaycan və Türkiyənin münasibətləri bütün sahələrdə prioritet xarakter daşıyır".

Bunu bu gün Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib: "Bu regionda bir çox layihələr Azərbaycanı qovşağa çevirib, iki ölkə tranzit mərkəzi olub və biz bu əməkdaşlığı davam etdirəcəyik".

Onun sözlərinə görə, yeni Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli əməkdaşlıq formatının yaradılması planlaşdırılır: "Belə əməkdaşlıq formatının yaradılması haqqında ilkin razılıq var".

***

“Danışıqları daha çox intensviləşdirməliyik”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında sualları cavablandırarkən deyib. O bildirib ki, Ermənistan yenə təmas xəttində təxribatlar törətməyə çalışır:

“Bu hadisələrə son qoymaq üçün diplomatik vasitələrdən istifadə etmək lazımdır. Çünki baş verən xoşagəlməz hadisələr göstərir ki, danışıqların intensivləşməsini istəməyən qüvvələr mövcuddur. Ermənistan əsgərləri təmas xəttində qaldıqca, bu cür xoşagəlməz hadisələr baş verməyə davam edəcək”. ("APA")

***

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıdadır.


Teleqraf.com-un xəbərinə görə, Azərbaycana səfəri çərçivəsində M.Çavuşoğlu Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

İkitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq məsələlər görüşün əsas predmeti olacaq.

Bəkir


Müəllif: