25 İyul 2016 19:28

İyulun 25-i tarixində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən II və III ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

TQDK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərib.

Qeyd olunan müddət ərzində Komissiyaya 15 müraciət daxil olub. Bütün müraciətlərə ekspertlər tərəfindən ətraflı cavab verilib.

Ekspertlərin izahı abituriyentlər üçün qaneedici olub və bununla bağlı hər bir abituriyentlə müvafiq akt imzalanıb.

İlhamə ƏBÜLFƏT


Müəllif: