28 İyun 2014 14:21
509

“Ermənistanın siyasəti nəticəsində bu status-kvo hələ də davam edir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri bu gün Bakıda işə başlayan ATƏT PA sessiyasının rəsmi açılış mərasimində Prezident İlham Əliyev söylədi. Tədbirdə çıxış edən ölkə başçısı Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə toxundu. Avropalı qonaqlara Ermənistanın işğalçı niyyətini bir daha xatırladan ölkə başçısı torpaqlarımızın 20 ildən artıq müddətdə işğal olunmasından danışdı:

“BMT-nin qətnamələri var və bu qətnamələrdə tələb edilir ki, Ermənistan Azərbaycanın ərazisini qyed-şərtsiz azad etməlidir. Həmçinin ATƏT-in qərarları da var. Lissabon sammitinin qərarı da bunu təsdiq edir. Fransa, ABŞ və Rusiya prezidentləri dəfələrlə status-kvo sisteminin qəbuledilməz olduğunu deyiblər. Amma Ermənistanın siyasəti nəticəsində bu status-kvo hələ də davam edir”.

Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsinə münasibət bildirən ölkə başçısı bunun bir uğur olduğunu dilə gətirdi:


“Bizim ilk uğurlarımızdan biri 2 il yarım öncə oldu. Ölkəmiz BMT üzvü olan ölkələrin əksəriyyətinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu. Hazırda biz indi Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlamışıq. Hər zaman olduğu kimi indi də biz ədalətli siyasətimizi davam etdirəcəyik”.


Sessiya davam edir.


Müəllif: