4 İyul 2014 20:03
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərdə bıçaqlanma hadisəsi baş verib.



Rayonun Sarov kənd sakini 51 yaşlı Mail Hüseynov həmkəndlisi 21 yaşlı Yelmar Abbasovu bıçaqlayıb.

Qeyd edək ki, hadisəni törədən Mail Hüseynov I qrup gözdən əlildir. Hadisəni də öz həyatyanı sahəsində törədib.

Tərtər rayon polis şöbəsindən əldə etdiyimiz məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Bıçaq zərərçəkənin qarın nahiyəsinə dəyib.

Təqsirləndirilən çəxs Tərtər polisi tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı CM-nin 126.1 maddəsiylə cinayət işi açılıb, istintaq gedir.

/ans press/


Müəllif: