7 İyul 2014 10:56
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Abdullah Gülün səlahiyyət müddəti başa çatandan sonra yaşayacağı ev bəlli olub.

Prezident avqust ayının 28-dən sonra İstanbulda məskunlaşacaq. Boğaz mənzərəli lüks kompleksdə yer alan evin satın alındığı iddia edilirdi.

Məlumata görə, A. Gül həyat yoldaşı Hayrünnisa Gül ilə uzun müddət ev axtarışında olub. Əvvəlcə onlar hazırda təmir edilən kiçik villarına köçmək haqqında qərar veriblər. Lakin son anda cütlük fikirlərini dəyişib.

Gül cütlüyünün qala kimi qorunan evi 5 hektar ərazinin daxilindədir. Burada prezident yaxın qohumları ilə qonşu olacaq. Kompleksin ətrafı qala kimi yüksək divarlarla və elektrikli tellərlə əhatələnib. Hər tərəfdə kameralar quraşdırılıb.

Prezident aparatından verilən açıqlamada villanın Gülün kürəkəninə məxsus olduğu və onun təklif edilən variantlardan biri olduğu bildirilib.

Xatırladaq ki, A.Gülün səlahiyyət müddəti avqustun 28-də bitir. Bundan sonra o həm baş nazir, həm də prezident kimi 11 il yaşadığı iqamətgahı tərk edəcək.

/ans press/


Müəllif: