7 İyul 2014 12:44
604

Ermənilər Azərbaycanla sərhəd əraziyə divar hörür.

Divarın inşaası Ermənistanın Tavuş vilayəti, həmsərhəd Vazaşen, Movses və Verin Karmirahpyur kəndləri istiqamətində aparılır.

İki gün öncə Ermənistan baş naziri Ovik Abramyan da adıçəkilən kəndlərdə olub. Nazir Paravakar-Vazaşen dolama yolunun inşaası ilə də tanış olub.

İddiaya görə, çay daşlarından olan hündür divarlar Azərbaycan tərəfin atəşindən qorunmaq məqsədilə tikilir. Ermənilərin sözlərinə görə, adıçəkilən yolun əsas hissəsi Azərbaycan tərəfdən açıq müşahidə edilir. Məhz buna görə də bu dolama yol tikilir.

Qeyd edək ki, Azərbaycanın Tovuz rayonun təmas xəttində yerləşən Əlibəyli kəndindəki evlərin ətrafına istinad divarları çəkilir. Bu barədə Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev məlumat verib. V. Rzayev bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə rayonundakı bölməsi tərəfindən ermənilərə sərhəddə yaxın ərazidə yerləşən 14 kənd sakininin evinin ətrafına artıq istinad divarı çəkilib. İstinad divarların çəkilməsi prosesi hazırda davam edir.

/ans press/


Müəllif: