19 İyul 2017 22:11
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında çəkdirdiyi görüntüləri sosial şəbəkədə paylaşan gənc qızın həbsi beynəlxalq aləmdə ajiotaj doğurub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, həbsə qarşı etirazlardan sonra Səudiyyə polisi gənc qızı sərbəst buraxıb. Qeyd olunur ki, video-görnütülər qızın xəbəri olmadan sosial şəbəkədə yayımlanıb.

Riyadın şimalındakı Najd bölgəsində yerləşən Uşaykır qalasını gəzən qızın başıaçıq görüntüləri sosial şəbəkədə yayılandan sonra dindar ərəblər gəncin həbsini tələb ediblər.


Müəllif: Ruslan