21 İyul 2014 20:51
3 038

O, profilində hərblə bağlı bir neçə kəşfiyyatçı şəkli də paylaşıb

Bu səhər erməni rəsmiləri Kəlbəcərdə itkin düşdüyü deyilən Cəbrayıl sakini Həsən Həsənovun öldüyünü təsdiqləyiblər.

Teleqraf.com qafqazinfo-ya istinadən girovun şəxsi facebook səhifəsində paylaşdığı şəkilləri oxuculara təqdim edir. Fotolarda Həsən Həsənov müxtəlif istirahət yerlərində, dostları ilə süfrə arxasında görüntülənib. Bundan başqa Həsən profilində hərblə bağlı bir neçə kəşfiyyatçı şəkli də paylaşıb.

Qeyd edək ki, iyulun 11-də işğal altında olan Kəlbəcər rayonunda azərbaycanlılar girov götürülüb. Onlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov olublar. Ermənilər Dilqəm və Şahbazı girov götürdükləri baradə açıqlama versələr də, Həsən barədə heç bir məlumat verilmirdi.


Müəllif: