10 Avqust 2017 15:31
6 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər Primetime.az saytında aktyor Səbuhi Xanlarovun həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişməsi ilə bağlı xəbər yayıldı. S.Xanlarov həmin sayta bildirdi ki, çox pisdir. İki övladı anasız qaldığı üçün üzülür.

Az sonra həmin xəbəri aktyorun bacısı Vəfa Xanlarovanın təkzib etməsi ilə bağlı məlumat çıxdı: guya aktyorun bacısı Vəfa Xanlarova Prime.time.az saytının redaksiyasına zəng edərək, məlumatın doğru olmadığını bildirib. O deyib ki, qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmir: "Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Bilmirəm Səbuhi niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz".

Çox keçmədən isə aktyor Səbuhi Publika.az saytına belə şeylə zarafat etmədiyini, bir daha xəbərin doğru olduğunu dedi:

“Ayıbdır, vallah. Bayaqdan dayanmadan saytlar məni yığır. Belə şey olar? Toydu, bayramdı, şənlikdi, nolub? Lazım olan mənbə xəbəri yayımlayıb. Bacımın adından yalan yazıblar. Elə şey ola bilməz. Ölü ilə oyun olar? Həyat yoldaşım ağır xəstəlikdən əziyyət çəkirdi və vəfat edib. Belə mövzuda zarafat etmək olar? Allah bütün ölənlərə rəhmət eləsin, qalanlara da can sağlığı versin. Ağır xəstələrə də Allahdan şəfa diləyirəm”.

Aktyor Elcan Sadıqov isə saytımıza açıqlamasında daha bir şok yaşatdı:

"İş ondadır ki, Səbuhinin bacısı da yalan danışır. Aktyorun bacısı Vəfa atasının vəziyyətinin pis olduğunu deyir. Amma onların heç atası da yoxdur axı. Təzə rəhmətə gedib. Kişinin ili çıxmayıb".

Bir qədər sonra aktyorun uzaq qohumu bizimlə əlaqə saxlayıb bunları dedi:

“Səbuhi əvvəllər “Neolit” restoranında klounluq edib. Deyəsən, bu gün də onun klounluğu yadına düşüb. Arvadının ölüm xəbərini yaymaqla, aktyor yox, təlxək olduğunu bir daha sübuta yetirdi”.

Az sonra başqa bir sayt onun arvadının deyil, sevgilisinin öldüyünü yazdı:

“Rəhmətə gedən mənim həyat yoldaşım deyil, sevgilimdir. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Sosial şəbəkə istifadəçiləri yazır ki, arvadının ölümü barədə xəbər yayaraq özünü reklam edir. Kimin nəyinə lazımdır? Nə deyirəm, nə danışıram özüm bilərəm!”

Teleqraf.com hər sayta bir söz deyərək, jurnalistləri və oxucuları yox, məhz özünü ələ salan, hətta uşaqlarının anasının həyatıyla ucuz alver edərək bu cür ucuz antireklamla özünü gündəmə gətirən, əslində isə arvadını yox, özünü öldürən Səbuhi Xanlarovun səsini yayımlayaraq, bu söhbətə nöqtəni qoyur.

Ziddiyyətli və dolaşıq fikirlərlə dolu səs yazısını təqdim edirik:


Müəllif: Könül