24 Avqust 2017 13:00
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir.

Teleqraf.com xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı deyib.

Onun sözlərinə görə, “Qarabağ” uğura doğru səbrlə, addım-addım irəlilədi və nəhayət, hər kəsin arzuladığı sevinci yaşatmağı bacardı: “Azərbaycan futbolunda bir ilkə imza atan “Qarabağ” futbol klubunun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından “Qarabağ”a Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram”.


Müəllif: Nərgiz