Beynəlxalq Qüds Günü ilə əlaqədar bu gün bir qrup inanclı İsrailin Azərbaycandakı səfirliyinin inzibati binası qarşısında aksiya keçirməyə cəhd göstərib.
Teleqraf.com SalamNews-a istinadən xəbər verir ki, aksiya iştirakçıları İsrail əleyhinə şüarlar səsləndiriblər.
Aksiyanın qarşısı polis tərəfindən alınıb. İştirakçılardan bir neçəsi Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.