13 Noyabr 11:39
322

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşünə saatlar qaldı.

Teleqraf.com xəbər verir ki, bu haqda “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Ərdoğan bu görüşdə Qarabağdan da danışmaq istəyir: “Ancaq qarşı tərəf siyasi dividentlər əldə etmədən Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcək. Vladimir Putinin Qarabağ münaqişəsinin həlli ilə bağlı bəlli şərtləri qüvvədə qalır. Bu, təkcə onun formalaşdırdığı şərtlər deyil. Bu, Rusiya siyasi fikrinin Qarabağ münaqişəsinin həllinə “tarixi baxışıdır”. Yəni, “Sən mənim dediklərimin hamısını yerinə yetir, yalnız bundan sonra Qarabağ münaqişəsinin həllini sürətləndirə bilərik”.

E.Şahinoğlu qeyd edib ki, nə Gürcüstan, nə Moldova, nə də Ukrayna Rusiyanın eyni ağır şərtlərini yerinə yetirmədilər, vassallığı qəbul etmədilər: “Ona görə də hər birində Rusiyanın dəstəklədiyi separatçı bölgələr var. Bizdəki kimi...”

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rusiyaya rəsmi səfər edəcək. O, Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüş zamanı liderlər Suriya böhranı və Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.


Müəllif: Səxavət