15 Noyabr 09:29
310

ABŞ-da həbs olunmuş iş adamı Rza Zərrabın azad edilməsi xəbəri ölkənin Ədliyyə Nazirliyinin rəsmi saytında yalanlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Nyu York Baş Prokurorluğunun rəsmiləri də “09135-104” nömrəli məhbus Rza Zərrabın azad edilmədiyini bildiriblər.

Zərrabın vəkili Şeyda Yıldırım isə müdafiə etdiyi şəxsdən 5 gündür xəbərsiz olduğunu bildirib:

“Azad edilməsi xəbəri doğru deyil. Başqa həbsxanaya köçürülə bilər. 5 gündür heç bir xəbər ala bilmirik”.

Qeyd edək ki, iş adamı ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqonu pozma və qeyri-qanuni yolla pul transfer etmə maddələri ilə 19 mart 2016-cı ildə tətil üçün getdiyi sözügedən ölkədə həbs olunub.


Müəllif: Samir