25 Aprel 2014 13:45
670

Aprelin 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı gözlənilir.

Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən teleqraf.com-a verilən məumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində də arabir şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərvbaycanda qeyri-sabit hava şəraiti aprelin 28-dək davam edəcək.


Müəllif: