3 Avqust 2014 23:29

Avropa Birliyi Ermənistan və Azərbaycanı atəşkəsə riayət etməyə çağırıb.

AB-nin nümayəndəsi Katerin Eşton son günlər cəbhədə yaşanan qarşıdurmalardan narahat olduqlarını, tərəfləri atəşkəsi pozmamağa səsləyib.

Eştonun yaydığı bəyatanda bildirilir:


“Tərəflər atəşkəsə dərhal hörmət etməli, gücdən istifadə və təhdiddən yayınmalıdırlar. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunda səylərini davam etdirməyə çağırırıq”.

Eşton həmçinin AB-nin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk Qrupunun Dağlıq Qarabağ məsələsində yeni siyasi həll yollarının tapılmasında səylərini dəstəkləməyə hazır olduqlarını vurğulayıb./axar/


Müəllif:
Загрузка...