20 Yanvar 2018 11:22
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyirmi Yanvar faciə olmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixidir. Azərbaycanın igid övladları həmin gün sovet ordusu tərəfindən qətlə yetirildilər, amma bu gün həm də müstəqillik tariximizin çox şərəfli səhifəsidir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov bildirib.

Baş nazirin müavini deyib ki, hər il Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edərək müstəqillik uğrunda öz canlarını fəda etmiş insanlara hörmət və ehtiramlarını bildirirlər. Bu da bir daha göstərir ki, şəhidlərimiz unudulmur, onların xatirəsi daim qəlblərdə yaşayacaq.


Müəllif: Teleqraf.com