22 Yanvar 2018 09:06
5 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrin əməliyyatına yollanan tankçı məhmətciyin “Ailənə mesajın varmı” sualını ünvanlayan jurnalistə “Gözləməsinlər” cavabı sosial şəbəkələrin geniş müzakirə mövzusuna çevrilib.

Teleqraf.com “A-haber”ə istinadla məhmətciklə jurnalist arasındakı dialoqu təqdim edir:

- Salam, işiniz avand olsun. İstiqamət haradır?
- Qızıl Alma!
- Ailənə mesaj göndərə bilərsən.
- Gözləməsinlər.

Bu dialoq sosial mediada duyğusal sözlərlə şərh edilir.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Türkiyə ordusu bu gün Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.


Müəllif: Kəmalə