23 Yanvar 2018 10:41
2 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinə dəstək verən Azad Suriya Ordusu dünən nahardan sonra Afrin istiqamətində mühüm coğrafi əhəmiyyətə malik olan Burseya dağını PKK/PYD terrorçularından təmizləyərək ələ keçirib.

Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı PYD-nin 10 terrorçusu əsir alınıb.

Ancaq dünən axşam saatlarından başlayaraq PYD qüvvələri Burseya dağını geri almaq üçün hərəkətə keçib. Nəticədə şiddətli qarşıdurma baş verib. Azad Suriya Ordusu döyüşçüləri silahlı qarşıdurma nəticəsində Burseya dağından geri çəkilməli olub.


Müəllif: Cavad