5 Avqust 2014 13:38
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ "Dəmir qübbə" adlandırılan raketdən müdafiə sistemi yenilənməsinə üçün İsrailə 225 milyon dollar ayıracaq


Barak Obama bu barədə qanun imzalayıb.

Qanun keçən həftə ABŞ Konqresində qəbul olunmuşdu. “Dəmir qübbə” raketdən müdafiə sistemi Qəzza və İordan çayının Qərb sahilindən buraxılan raketlərin məhv edilməsi üçün istifadə olunur. ABŞ raketdən müdafiə sisteminin qurulması üçün İsrailə yüz milyonlar dollar pul ayırmışdı.

Bundan əvvəl isə yayılan məlumatlara görə, ABŞ Qəzza əməliyyatların davam etdiyi ərəfədə İsrailə 1 milyard dollarlıq silah satıb. İspaniyanın EFE agentliyi ABŞ Müdafiə Nazirliyi 20 iyun tarixində İsrailin 1 milyard dollarlıq silah alması barədə müraciət etdiyini və müraciətin dərhal qəbul olunduğunu bildirib. Xəbər agentliyinin məlumatına görə, İsrailə çatdırılan silahların əksəriyyəti tank toplarıdır

publika.az


Müəllif: