5 Avqust 2014 22:14

Son 7 gün ərzində Ukraynanın şərqindən 6,2 min insan öz evini tərk edib


Bu məlumatı BMT yayıb.

Məlumatda 117 min insanın Ukraynada olan hadisələrə görə məcbur qalaraq yaşayış yerini dəyişdiyi, 168,7 min nəfərin isə Rusiyaya getdiyi qeyd olunub. Onlardan 87% məcburi köçkünlərin Luqansk və Donetsk vilayətlərindən olduğu bildirilib.

Qeyd edək ki, iyunun əvvəllərindən başlayaraq Donbasdan olan qaçqınların sayı 2,6 min nəfər idisə, avqustun 1-nə olan məlumata əsasən, bu rəqəm 102,6 min nəfərə çatıb.

axar.az


Müəllif:
Загрузка...