15 Fevral 2018 19:12
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edib.

Teleqraf.com xəbər verir ki, Ankaraya gələn R. Tillersonun Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulub.

Görüşlərdə Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatlar, Suriyada vəziyyət və ikitərəfli əlaqələrdə yaranmış problemlər müzakirə olunacaq.

Tillerson Türkiyə səfərindən öncəsi Livanda YPG terror təşkilatı ilə bağlı suala cavab olaraq “YPG-yə heç bir ağır silah verməmişik, o üzdən onlardan geri almağa heç nəyimiz yoxdur”, deyə bildirib.


Müəllif: Ayxan