15 Fevral 2018 20:42
4 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Afrində keçirdiyi “Zeytun budağı” hərəkatı çərçivəsində qırıcılarla terrorçuların mövqelərinə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, pilotsuz qurğuların müəyyən etdiyi koordinatlar üzrə hərəkət edən qırıcılar PKK/KCK/PYD-YPG və İŞİD-ə məxsus hədəfləri məhv ediblər.

Qırıcıların hava hücumunu özündə əks etdirən video-görüntülərdə hədəflərin dəqiqliklə vurulduğu aydın görünür.

Afrinin Raco bölgəsinə endirilən avia-zərbələr nəticəsində qalxan toz-duman Türkiyənin Kilis vilayətindən aydın görünüb.

Afrinin Cindərəsi bölgəsində isə səbəbi açıqlanmayan partlayış olub. Bir neçə türk əsgəri yaralanıb. Yaralılar helikopterlərlə xəstəxanaya çatdırılıb.


Müəllif: Ruslan