7 Avqust 2014 14:52

Dünyaca məşhur müğənni Rihanna futbol klubu almaq qərarına gəlib

Pop ifaçı "Qalatasaray"ın uruqvaylı qapıçısı Fernando Musleranı "Twitter"də izləyərək futbola olan marağını göz qabağına qoyub. Rihannanın yaxın dostlarından biri olan çelseli Droqbadan aldığı tövsiyələrdən sonra ifaçı futbol işinə girməyə hazırlaşır.

Buna görə Rihanna doğulduğu Barbados adalarında sözügedən idman növünün akademiyasını quracaq.

İngiltərədən futbol klubu alacağını deyən müğənni Droqba ilə görüşdükdən sonra onun komandaya rəhbərlik etməsini istədiyini də elan edib. Gedən söz-söhbər ifaçının adasında həyəcanla qarşılanıb. Bəziləri isə bu xəbəri "Yeni Abramoviç gəlir" deyə şərh ediblər.

/anspress/







Müəllif:
Загрузка...