7 Avqust 2014 18:13

Azərbaycan və İran hökumətləri arasında Astara (İran) - Astara (Azərbaycan) sərhəd-keçid məntəqəsinin razılaşdırılmış ərazisində yeni dəmir yolu, avtomobil yolu və ikinci piyada körpüsünün tikintisi haqqında razılıq əldə olunub

Teleqraf.com-un məlumatına görə, bu barədə cümə axşamı Bakıda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-İran biznes forumunda deyib.

Onun sözlərinə görə, İran tərəfindən piyada körpüsünün layihə-smeta sənədləşdirilməsinə hazırlıq razılaşdırılıb.
Astara sərhəd-keçid məntəqəsinin rəisi Həmidrza Məhəmmədi bildirib ki, piyada körpüsünün tikintisi layihəsinin maliyyələşdirilməsi iki ölkə arasında yarı (50/50) bölüşdürüləcək: "Biz qısa müddət ərzində körpünün tikintisi üçün hər cür səy göstərəcəyik. Güman edirəm ki, bu piyada körpüsü bir ildən az müddətə istismara veriləcək".


Müəllif:
Загрузка...