17 Mart 2018 14:26
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Feyzavər Turan Alpsarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Feyzavər Turan Alpsar “Dostluq” ordeni ilə təltif edilsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev görə Ənvər Adil oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi haqda sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ənvər Adil oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".


Müəllif: Teleqraf.com