9 Avqust 2014 12:44
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasına qoşula bilər


Erməni mediasına istinadən verdiyi xəbər verir ki, bu barədə erməni siyasi dustaq Şant Artünyan cəbhədəki gərginliklə bağlı bəyanatında iddia edib.


Onun fikrincə, Rusiyanın Türkiyə ilə bağladığı 1921-ci il müqaviləsinə görə, Dağlı Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll edilməlidir. Ş.Artünyan hesab edir ki, məhz buna görə də Moskvanın Minsk Qrupunda yer alması ədalətsizlikdir.

“Rusiyanı həmsədrlikdən kənarlaşdırmaq və onu hər hansı bir Avropa ölkəsi ilə əvəz etmək lazımdır. Çünki, rus-türk müqaviləsi indiyə qədər qüvvədə qalır. 1991-ci ildə Boris Yeltsin və Süleyman Dəmirəl müqavilənin 70, 2011-ci ildə isə Putinlə Ərdoğan 90 illiyini qeyd etdi. Mən digər iki həmsədr ölkə olan Fransa və ABŞ-ın məsələyə nə qədər ədalətli yanaşdığını deyə bilmərəm, amma faktiki olaraq Rusiyanın Türkiyəni həmsədr kimi Minsk Qrupuna gətirmək niyyəti özünü göstərir”, - deyə o, bildirib.

Ş. Artünyan hesab edir ki, Ermənistan ya Minsk Qrupu, ya da rus-türk müqaviləsindən imtina etməyi Rusiyadan tələb etməlidir. Onun sözlərinə görə, bu tələb Sərkisyan tərəfindən Soçidə Putinlə keçiriləcək görüşdə irəli sürülməlidir: “Lakin bunun baş verəcəyinə, yəni Sərkisyanın belə bir cəsarət göstərəcəyinə inanmıram”.

/publika.az/


Müəllif: