25 Aprel 2018 21:42
1 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sərkisyan arasında telefon danışığı olub.

Teleqraf.com kremlin.ru-ya istinadla xəbər verir ki, tərəflər Ermənistandakı hazırki vəziyyəti müzakirə ediblər.

Prezidentlər bildiriblər ki, daxili böhranın qısa zamanda aradan qaldırılması üçün ölkədə bütün siyasi güclər təmkinini qorumalı və məsuliyyətli olmalıdırlar. Vladimir Putin və Armen Sərkisyan problemlərin konstruktiv dialoq yolu ilə konstitusiya çərçivəsində həllinin əhəmiyyətini qeyd ediblər.

20:17

İrəvanın mərkəzindəki Respublika meydanında “Məınim addımım” təşəbbüs qrupunun mitinqi başlayıb.

Teleqraf.com mitinqdən canlı yayımı təqdim edir.

20:08

"Yelk" fraksiyası Ermənistan müxalifətinin lideri, ölkədə etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı fraksiyanın bu gün yaydığı bəyanatda vurğulanıb.

"Fraksiya Nikol Paşinyanı Ermənistanın baş naziri vəzifəsinə namizədliyini irəli sürmək qərarına gəlib", - sənəddə qeyd olunub.

19:52

Ermənistanın ilk baş naziri, Respublika İctimai Şurasının başçısı Vazgen Manukyan kütləvi etiraz aksiyalarının səbəb olduğu siyasi böhrandan çıxmaq üçün milli barışıq hökumətinin formalaşdırılmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, bununla əlaqədar Manukyan deyib ki, Parlament milli barışıq hökumətini qurmalı və 20-30 gün ərzində seçki məcəlləsinin layihəsini hazırlamalıdır. Bundan sonra növbədənkənar parlament seçkiləri keçirilməlidi.

V.Manukyanın fikrincə, seçkilərin altı aydan sonra keçirilməsi daha məntiqli olardı ki, partiyalar yeni qaydalara uyğun hərəkət edə bilsinlər.

18:53

Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan iqtidarda olan Respublikaçılar partiyasından dərhal təslim olmağı tələb edib.

Teleqraf.com “Sputnik”ə istinadən xəbər verir ki. bu barədə o, Respublika meydanında keçirilən mitinqdə deyib.

“Bizim yalnız bir tələbimiz var – ERP-nin dərhal təslim olması – qeyd-şərtsiz”, - Paşinyan bildirib.

O əlavə edib ki, görüşlərdə iştirak etmək üçün iki saat müddətinə mitinqi tərk etməlidir.

Bundan əlavə, Paşinyanımn sözlərinə görə, hazırda xidməti borclarını yerinə yetirən polis əməkdaşları da etirazçıların tərəfinə keçiblər.


Müəllif: Nərgiz Ehlamqızı