29 Aprel 2014 11:10

“Biz başa düşməliyik ki, bu vəziyyətdə xüsusilə də Ukraynadakı böhranı nəzərə alaraq Avropada geosiyasi strategiya dəyişir və Azərbaycan həlledici rol oynayır”.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.


Onun sözlərinə görə, hazırda Avropada anlayırlar ki, enerji təchizatı baxımından təhlükə ilə üzləşə bilərlər:

“Alternativ enerji mənbələrini düşünərkən Avropa Amerikanı nəzərdə tutur, lakin bu da kifayət olmadığı üçün Avropa Mərkəzi Asiya və Azərbaycanı nəzərə almalı olur. Beləliklə, Azərbaycan Avropanın təkcə enerji problemini həll etmir, həm də strateji və geosiyasi problemini həll edir”.


M.Saakaşvili Avropanın əsas diqqətinin Azərbaycana və Cənubi Qafqaz regionuna yönələcəyini proqnozlaşdırıb:

“Çox vacibdir ki, Azərbaycan yalnız Avropa üçün deyil, bütün Mərkəzi Asiya üçün anlaşma mərkəzi olsun”.

Nərgiz


Müəllif: