1 May 2014 14:13
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda həbs edilən Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun konkret hansı məsələlərə görə ittiham olunması bəlli olub.

Teleqraf.com “Publika.az”a istinadən xəbər verir ki, Ş.Sultanov 24 min manat pul mənimsənilməsi və digər məsələlərdə ittiham olunur.

Sabiq komandan Hərbi Dəniz Qüvvələrinin tikinti işlərinə rəhbərlik etmiş Elxan Hacıyev adlı şəxsin ifadəsilə istintaqa cəlb olunub. Belə ki, E.Hacıyev istintaqa ifadəsində Ş.Sultanova 2011-ci ildən etibarən 2013-cü ilədək 3 il müddətində hər il 8 min manat pul verdiyini deyib. Bu isə ümumilikdə 24 min manat vəsait olub. Onun iddiasına görə, ümumilikdə mənimsənilən 24 min manat pul Hərbi Dəniz Qüvvələrinə hər il ayrılan 50 min manat vəsaitdən oğurlanıb.

Şahin Sultanov isə ona qarşı olan bu ittihamları qəti şəkildə rədd edib. Hazırda bu istiqamətdə istintaq araşdırması davam etdirilir.

Hərbi Dəniz Qüvvələrinə hər il büdcədən ayrılan 50 min manatın 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində 10 gəminin rənglənməsi üçün boya alınmasına və digər bu kimi işlərə sərf olunması nəzərdə tutulubmuş.


Müəllif: