6 Fevral 2015 11:59
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ADR-in Müsavata borcu var. Bu bir vəfa borcudur” Bunu Müsavat Partiyasından narazı qaldıqları səbəbindən Azərbaycana Demokratiya və Rifah Hərəkatı təsis edən şəxslərdən biri Səxavət Əlisoy bildirib.

Teleqraf.com xəbər verir ki, Əlisoy hesab edir ki, 1918-ci ildə Müsavat Partiyası özündə təpər tapıb Azərbaycan Demokratik Respublikasını yaratmasaydı, bəlkə də Azərbaycan adlı dövlətdən əsər-əlamət qalmayacaqdı: “Bu gün Azərbaycana Demokratiya və Rifah Hərəkatı Müsavata sahib çıxmasa, saxtakarın işğalında olan partiyanın gündən-günə kiçilərək siyasi səhnədən silinmə ehtimalı var. Belə bir durumda ADR Müsavata olan borcunu qaytarmalıdır. Saxtakarlığa “yox” deyən müsavatçıları əmin etmək istəyirəm ki, ADR Hərəkatı partiyanı xilas etmək üçün gərəkən addımları atır və atacaqdır”.

Cavidan


Müəllif: