8 İyul 2015 15:28
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) iyulun sonunda regiona səfər edəcək.

Bu barədə Trend-ə amerikalı həmsədr Ceyms Uorlik deyib.

Bu yaxınlarda Vaşinqtonda həmsədrlərin görüşünü şərh edən diplomat qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nizamlanmasında vasitəçilərin səyləri müzakirə edilib.

O həmçinin bildirib ki, həmsədrlər ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və ABŞ hökumətinin digər yüksək vəzifəli şəxsləri ilə görüşüb.


Müəllif: