21 İyul 2015 16:55

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı ilə əlaqədar Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məktubda həlak olmuş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verilir və yaralananlara və xəsarət alanlara Allahdan şəfa diləndiyi qeyd olunur.

Həmçinin, məktubda bu acı gündə Türkiyə xalqının dərdinin bölüşüldüyü və törədilmiş qəddar terror aktının qəti şəkildə pisləndiyi vurğulanır.

Səxavət HƏMİDLİ


Müəllif:
Загрузка...