11 İyun 2014 16:06
1 174

Zaqatala polisi “Xaş-Xaş-2014” şərti adı altında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon ərazisində 9 tona yaxın narkotik tərkibli bitkini məhv edib.

Teleqraf.com Kanal S-ə istinadən bildirir ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərinin aşkarlanaraq məhv edilməsi istiqamətində “Xaş-Xaş-2014” şərti adı altında əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Uzuntala kəndinin inzibati ərazisinə məxsus, “Bülüş” adlanan torpaq sahəsində əkin üçün yararsız, istifadə olunmayan 1 hektar ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitki hesab edilən çətənə kollarını aşkar edib. Rayon Polis şöbəsinin əməkdaşları ərazidən ümumi çəkisi 8500 kq olan 12500 ədəd narkotik tərkibli bitki olan çətənə kollarını yığıb yandıraraq məhv edib. Polisdən verilən məlumata görə, rayon ərazisində bu cür zərərli bitkilərin məhv edilməsi istiqamətində tədbirlər mütəmadi olaraq davam etdiriləcək.


Müəllif: