11 Fevral 2015 08:37
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, dünya bazarında neftin qiyməti “dibə çatıb” və bundan sonra artmağa başlayacaq.

“APA-Economics”in “The Wall Street Journal”a istinadən verdiyi məlumata görə, bu barədə agentliyin açıqladığı hesabatda bildirilir.

Agentliyin ekspertləri hesab edir ki, artım “o qədər də güclü templə baş verməyəcək”.

Proqnozlara əsasən, 2016-cı ildə “qara qızıl”ın 1 barelinin qiyməti 60 dollara qədər artacaq.


Müəllif: