4 May 2016 17:18
947

“Dağlıq Qarabağ Respublikası”nın (DQR) tanınması məsələsinin mayın 5-də Ermənistan parlamentin gündəliyinə salınması onun tanınması demək deyil”.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib: “Parlamentin gündəliyinə qanun layihəsinin təqdir olunması deyil, iki deputatın qanunvericilik təşəbbüsünə rəy verməsi daxildir. Tanınma şəraitin gələcək inkişafından asılı olacaq”.

Onun sözlərinə görə, Azərbaycan münaqişə zonasında hərbi əməliyyatları bərpa etdiyi təqdirdə Dağlıq Qarabağın tanınması məsələsi gündəliyə daxil olacaq.

Xatırladaq ki, Ermənistan müxalifəti növbəti dəfə parlamentə mayın 5-də keçiriləcək iclasda “DQR”in tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib.

Bu təşəbbüs müxalif “İrs” partiyasından olan deputat Zarui Postancyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqres”dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb

Samir


Müəllif: