23 İyun 2014 14:33

“Moskva Ermənistanla Türkiyə arasında imzalanmış protokolların reallaşdırılmasına hər cür yolla kömək etməyə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu İrəvanda keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya protokollar imzalananadək və imzalanandan sonra Ermənistanla Türkiyə arasında münasibətlərin qurulmasına xidmət edən formata töhfə verməyə hazır olduğunu bildirib:

“İnfrastruktur layihələrinin həyata keçirilməsinin, dəmiryol xəttinin bərpası kimi layihələrin xalqları və iki ölkəni, o cümlədən həmsərhəd rayonları bir-birinə yaxınlaşdıra biləcəyinə dair bütün ideyalar öz qüvvəsində qalır. Buna baxmayaraq, əlbəttə burada əsas rol protokolları imzalayan iki ölkənin üzərinə düşür. Biz isə onların yerinə yetirilməsi üçün bütün köməkliyi etməyə hazırıq”.

Öz növbəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib ki, Rusiya həqiqətən də nəyi bacarırsa, onu da etməyə cəhd göstərir: “Lavrov 2009-cu ilin oktyabrında erməni-türk protokollarının imzalanma mərasimində iştirak etdi. Bu da Rusiyanın erməni-türk əlaqələrinin normallaşmasına Rusiyanın dəstəyinin simvolu idi”. E.Nalbandyan deyib ki, Rusiyanın və bu prosesi dəstəkləyən digər ölkələrin protokolların qeyd-şərtsiz ratifikasiya olunmasına və razılaşmanın reallaşdırılmasına dair çoxsaylı bəyanatlarında öz əksini tapıb.

Səxavət


Müəllif:
Загрузка...