7 İyul 2016 14:07
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in hazırkı sədri – Almaniyanın kansleri Angela Merkel deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya açar dövlətdir, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən birinin – ABŞ-ın prezidenti Barak Obama isə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında münaqişənin nizamlanmasında Rusiyanın səylərini yüksək qiymətləndirdiyini bildirir. Bunlar rəsmən Rusiyanın Cənubi Qafqazdakı hegemonluğu ilə barışıblar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu əlavə edib ki, Berlin və Vaşinqton həm də onu demək istəyirlər ki, bizim problemimiz başımızdan aşır, qoy Dağlıq Qarabağla Rusiya məşğul olsun, qərar nə olsa onunla razılaşacağıq: “Ancaq ortada nə həll qərarı var, nə də sabitlik”.

Bəkir


Müəllif: