21 İyul 2016 10:39
378

“Türkiyədə hərbi çevrilişə uğursuz cəhd və Ərdoğanın Pelsilvaniyadakı rəqibinə qalib gəlməsi Azərbaycana da təsir etdi”.

Teleqraf.com xəbər verir ki, bubu politoloq Elxan Şahinoğlu bildirib.


E.Şahinoğlu əlavə edib ki, Azərbaycan hakimiyyəti Gülənin ölkədəki şəbəkəsini sürətlə neytrallaşdırır: “İkincisi, Azərbaycanda Türkiyənin hərbi bazaları yaradılacaq. Azərbaycanın hər ikisinə ehtiyacı var. Gülən şəbəkəsi uzun illər Azərbaycanda özünü çox rahat hiss edib, özlərinə aid olmayanları sıxışdırıb, özlərinkini isə irəli çəkərək mövqe sahibinə çevirib.

Türkiyənin Azərbaycanda hərbi baza formalaşdırlması prosesinə başlamasına gəldikdə isə, bu, Rusiyanın Ermənistanla birgə qoşun birlikləri yaratması qərarıyla da əlaqələndirilə bilər. Ancaq son il yarımda Azərbaycanla Türkiyə ordusunun intensivləşən birgə hərbi təlimlərini də nəzərdən qaçırmaq olmaz”.

Bəkir


Müəllif: