27 İyun 2014 12:36
386

Bu gün Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb. Deputatlar qeydiyyatdan keçdikdən sonra gündəliyi təsdiq ediblər.

Spiker Oqtay Əsədov çıxışında dövlət başçısının AŞPA-nın sessiyasındakı çıxışına toxunub:

“Prezident ölkədə həyata keçirilən islahatlar, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərin çıxış edib, suallara layiqli cavab verib. Bir daha sübut edib ki, Azərbaycan müstəqil siyasət aparır. İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan xalqı onunla fəxr edir”.

Deputat Fəzail Ağamalı deyib ki, böyük məmnuniyyət və diqqətlə Prezidentin AŞPA –da çıxışını və verdiyi suallara cavabı izləyib: “Mən prezidentin intellektinə diqqət etdim. Bir vətəndaş olaraq bununla fəxr etdim. Cənab prezident Dağlıq Qarabağla bağlı hər birimizin mövqeyini ifadə etdi. Suallara cavab verərkən sakit və layiqli cavab verdi. Biz Azərbaycan prezidentinin iradəsini gördük. Mən öz adımdan Prezidentə təşəkkürümü bildirirəm və onunla fəxr edirəm”.

Nemət


Müəllif: