28 Aprel 2017 01:51
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yanğın qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan fermanın yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: