30 Aprel 2017 00:20
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhamedovun fərmanı ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya Türkmənistanın Xalq artisti fəxri adını verib.

Teleqraf.com-un tdh.gov.tm-ə istinadən xəbər verir ki, Polad Bülbüloğlu bu fəxri ada iki ölkənin münasibətlərinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə, Türkmənistan və Azərbaycan xalqları arasında əməkdaşlığa, mədəni və humanitar sahələrdə dialoqun möhkəmləndirilməsinə, mahnı-musiqi sənətinin inkişafında uğurlarına və istedadına görə layiq görülüb.

Nihad


Müəllif: