25 May 2017 14:00
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Mançester şəhərində növbəti terror həyəcanı yaşanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, naməlum şəxs polisə zəng edərək, Trafforddakı məktəblərdən birinə bomba yerləşdirilməsi xəbərini verib.

Polisdən verilən məlumata görə, məktəb dərhal boşaldılıb və bura gedən bütün yollar nəzarətə götürülüb.

Hazırda ordu birləşmələri axtarış işlərinə başlayıb.

Qeyd edək ki, mayın 22-də Mançester şəhərində baş verən terror aktı zamanı 22 nəfər həlak olub, 119 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.


Müəllif: Samir İsayev