29 May 2017 08:54
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Qaradağ rayonunda yanğın qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "HOWO" markalı yük avtomobilinin 4 ədəd arxa təkəri yanıb.

Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com