13 İyun 2017 19:48
2 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təcrübəli araşdırmaçılar Misirdəki Xufu piramidası ilə bağlı son arxeoloji və kriptoqrafik yazıları araşdırarkən, onu inşa edənlərin göndərdikləri sirli şifrələri oxumağı bacarıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Esoreiter” elmi informasiya portalında yerləşdirilmiş məqalədə bildirilir. Qeyd olunur ki, həmin şifrələrdə ilk dəfə Platonun xatırlatdığı əfsanəvi Atlantidanın Antarktidanın buzları altında qaldığı öz əksini tapıb. Ola bilsin, bu materiklərin adlarındakı həmahənglik də təsadüfi deyil.

Ümumiyyətlə, dünyanın tərəqqipərvər alimləri bunu çoxan duyublar. Məsələn, Çarlz Hapqudun bununla bağlı nəzəriyyəsi mövcud olub. Həmin nəzəriyyəni Albert Eynşteyn də müdafiə edib. Təəssüf ki, həmin vaxt bunu asanlıqla təsdiq edən baza mövcud olmayıb. Bu, yalnız fərziyyə və ehtimal kimi qalıb.

Ç.Hapqud bu məqsədlə köhnə naviqasiya xəritələrindən, mövcud olan azacıq geoloji araşdırmalardan və digər vasitələrdən istifadə edib, ancaq həmin dövrdə bu inqilabi nəzəriyyənin sübutu üçün əldə olunmuş faktlar kifayət etməyib. Üstəlik, bu nəzəriyyə həmin dövrdə ortodoksal elm tərəfindən süngü ilə qarşılanmışdı (akademiklərin bütün yeniliklərə təbii reaksiyası aqressiv idi, hansı ki, biz inqilabi ideyalara münasibətdə bunu hal-hazırda da müşahidə edirik).

“Müdrik alimlər”in əsas arqumenti bu idi ki, Antarktidanı xarakterizə edən əsas cəhət daimi soyuqluqdur – milyon ildir ki, materikin ərazisi buz zirehi altındadır. Bu ölü materikdə hansı nəbatətdən və xüsusilə də yüksək inkişaf etmiş sivilizasiyadan söhbət gedə bilər?..

Ancaq Antarktidanın son tədqiqi (genişləndirilmiş qazma işləri burda bioloji qalıqları üzə çıxarıb) sübut edir ki, sözügedən materikin buzla örtülməsi uzaq keçmişə söykənmir. Bu, 12-15 min il əvvəl baş verib. Elə həmin dövrdə Misir piramidaları inşa olunub və Atlantida faciəsi baş verib.

Atlantida qorunub saxlanılmış qədim xəritələrə əsasən, Afrika və Amerika arasında yerləşib. Ancaq hansısa planetar qəza nəticəsində yerini dəyişərək cənub yarımkürəsinə keçib (ola bilsin ki, Yer sirli Nibiru planeti (X planeti) ilə yaxşınlaşma nəticəsində öz oxundan çıxıb. Bu planetin mövcudluğu tərəqqipərvər araşdırmaların nəticələrinə baxmayaraq, son dərəcə mükəmməl şəkildə ictimaiyyətdən gizli saxlanılır.

Nəyə görə Antarktida nasist təşkilatı olan Anenerbe (“Əcdadların irsi”) təşkilatının diqqətini özünə cəlb etmişdi? Hansı ki, bu təşkilatın üzvləri bizim dünyamızı ortodoks alimlərdən daha yaxşı tanıyırdılar. Bu gün də həmin materik bütünlüklə sirr və müəmmalarla doludur. Nəyə görə bu barədə bütün araşdırmalar son dərəcə ciddiliklə geniş ictimaiyyətdən gizlədilir?! Və budur... İndi həmin sirli Atlantidanın harda yerləşməsi ilə bağlı yeni sübutlar aşkara çıxarılıb.

Düşünmək olar ki, akademik elmi dairələr bizim Antarktidaya baxışımızı dəyişməyimizə səbəb olmayacaq: əllə yedirdilən dünya alimlərinə bunu etməyə sadəcə imkan verməyəcəklər, necə ki, bir çox başqa şeylərə imkan vermirər.


Müəllif: Səxavət HƏMİD