20 İyun 12:27

Türkiyə-İran sərhədində minaların təmizlənməsi zamanı partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə İğdırın Aralıq rayonunun yaxınlığındakı Kiçik Ağrı dağın ətəklərində meydana gəlib:

"Hadisə zamanı Azərbaycan vətəndaşları 35 yaşlı Razı Aslanov əlləri və gözündən, 38 yaşlı Ruslan Abışov isə ayaqları və bədənindən yaralanıb. Mina təmizləmə şirkətinin nümayəndəsi doktor Ərgin Ataklı və Sərab Parlaq yaralılara yerində ilkin tibbi yardım göstəriblər. Onların həyatı üçün heç bir təhlükə olmadığı bildirilib".

Məlumatlara görə, ərazidə Azərbaycan, Türkiyə və Mozambikdən olan mina təmizləyənlər işləyir.


Müəllif: Samir