23 İyun 2017 12:21
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın şimal-şərqindəki Padue bölgəsində keçirilən hərbi təlimlər zamanı helikopter qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, helikopter Polşa silahlı qüvvələrinə məxsus olub.

Olay zamanı helikopterdə olan 5 Polşa və 1 fransalı hərbçi xəsarət alıb.

Məlumatlara görə, vertolyot texniki nasazlıq səbəbindən təcili eniş etməyə çalışan zaman qəzaya uğrayıb.


Müəllif: Samir