23 İyun 2017 13:45
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının bir neçə fraksiyası ölkə prezidenti Petro Poroşenkoya impiçment layihəsi hazırlayır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, layihənin rəhbəri "Barkivşina" partiyasının sədri Yuliya Timoşenkodur.

Layihəni "Müxalif blok" və "Samopomoş" partiyası dəstəkləyir.

Ölkə prezidentinin istefası ilə fraksiyalara daxil olmayan bir neçə deputat da razıdır. Layihənin Radada nə vaxt müzakirə olunacağı hələlik açıqlanmır.


Müəllif: Samir