26 İyun 2017 10:39
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazan Bayramı günü məsciddə bıçaqlaşma baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Pendikli rayonunda olub.

Xəbərə görə, namaz qıldıqdan sonra Ö.B adlı şəxs qəsəbənin mərkəzi məscidinə gəlib və burada 3 nəfəri bıçaqlayıb.

Yaşanan durum dərhal polisə bildirib. Hadisə yerinə polis Ö. B adlı şəxsi həbs edib. Bıçaqlanan 3 nəfər isə təcili xəstəxanaya çatdırılıb.

Psixoloji problem yaşadığı deyilən Ö. B adlı şəxsin bu saatlarda polisə ifadə verdiyi vurğulanır.


Müəllif: Cavad