17 İyul 14:10
287

12:53

Türkiyənin İranla sərhədi yaxınlığında partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Hakkarinin Yüksəkova rayonunun Ovaiçi kəndində baş verib.

Partlayışın baş vermə səbəbləri məlum deyil. Hadisə yerinə xeyli təcili yardım avtomobilləri cəlb edilib.

Məlumatlara görə, olayın baş verdiyi ərazidə əməliyyat başlayıb.

***

Türkiyə-İran sərhədində baş verən partlayışla bağlı yeni məlumatlar yayılıb.

Hadisə hərbi karvanın keçidi zamanı yol kənarına quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.

Olay nəticəsində 4-ü ağır olmaqla 17 nəfər yaralanıb. Onlar Yüksəkova dövlət xəstəxanasına çatdırılıb.

Hadisədən sonra bölgədə anti-terror əməliyyatı başlayıb.


Müəllif: Samir